Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Kamran Əliyev: Azərbaycanla Ermənistan arasında ABŞ-də əldə edilən razılaşma mühüm nailiyyətdir
SİYASƏT

Kamran Əliyev: Azərbaycanla Ermənistan arasında ABŞ-də əldə edilən razılaşma mühüm nailiyyətdir

13 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanla Ermənistan arasında ABŞ-də imzalanan birgə Bəyannamə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və regional əməkdaşlığın yeni mərhələsinə xidmət edən mühüm siyasi nailiyyətdir.

Paraqraf.com xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimi zamanı deyib.

O bildirib ki, avqustun 8-də ABŞ-də Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və ABŞ Prezidentinin iştirakı ilə keçirilən görüş regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından həlledici mərhələ olub:

“Bu görüş Azərbaycanın sülh gündəliyinə sadiqliyini və beynəlxalq müstəvidə prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Görüşün nəticəsi olaraq imzalanan Birgə Bəyannamə və Azərbaycanla Ermənistan arasında “Sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in mətninin paraflanması ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və regional əməkdaşlığın yeni mərhələsinə xidmət edən mühüm siyasi nailiyyətdir”.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının tərkibində dəyişiklik edilib

Next

Bakı və Tokio ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved