19 Sen 2026, Şb

Budapeştdə Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində prioritetləri müzakirə edilib

PAYLAŞIN:

Türk dövlətlərinin Macarıstandakı səfirləri Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi çərçivəsində prioritetlərini müzakirə ediblər.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə “X” hesabında yazıb.

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səfirlərini səfirlikdə qəbul etməkdən və 2025–2026-cı illərdə TDT-yə sədrliyi çərçivəsində Azərbaycanın prioritetlərini müzakirə etməkdən məmnun olduq”,- diplomat qeyd edib.

Paraqraf.com

Loading