Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür edib
SİYASƏT

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür edib

10 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevlə görüşüb.

Paraqraf.com xəbər verir ki, görüşdə Ukrayna və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək ifadə olunub, həmçinin qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata (GUAM) sədrliyi kontekstində təşkilatın Xarici İşlər Nazirləri Şurasının müntəzəm iclasının çağırılması məsələsinə də toxunulub.

O. Mişenko Azərbaycana, ilk növbədə, Ukraynanın enerji sistemi və mülki infrastrukturun yenidən qurulması üçün göstərilən humanitar yardıma görə ölkəsi adından təşəkkür edib.

Öz növbəsində, Seymur Mərdəliyev Azərbaycanın bundan sonra da Ukraynaya praktiki yardımı artırmağa, Bakı və Kiyev arasındakı əməkdaşlığı möhkəmləndirməyə hazır olduğunu vurğulayıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Pakistan XİN vətəndaşlarına İrana zəruri olmayan səfərlərdən çəkinməklə bağlı xəbərdarlıq edib

Next

Azərbaycan səfiri etimadnaməsinin surətini Meksikanın XİN rəsmisinə təqdim edib

Copyright 2026— Praqraf.com. All rights reserved