Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Rodriqes: Venesuela və ABŞ səfirliklərin açılması imkanlarını araşdırır
DÜNYA

Rodriqes: Venesuela və ABŞ səfirliklərin açılması imkanlarını araşdırır

10 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Venesuela və ABŞ hər iki ölkənin səfirliklərinin açılması imkanlarını araşdırırlar.

Paraqraf.com xəbər verir ki, bunu Bolivar Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes “Venezolana de Televisión” telekanalının efirində bəyan edib.

“Venesuela və ABŞ hər iki ölkənin səfirliklərinin açılması imkanlarını nəzərdən keçirir”, – deyə Rodriqes respublikanın Xarici İşlər Nazirliyinin daha əvvəl verdiyi bəyanata istinadən bildirib. O vurğulayıb ki, ölkə Venesuelanın müstəqilliyini, sabitliyini, suverenliyini və sülhü qorumaq üçün Bolivarın sülh diplomatiyasından istifadə edəcək.

Rodriqes hesab edir ki, respublika “Venesuela Prezidenti Nikolas Maduro və birinci xanım Siliya Floresin geri qayıtmasını təmin edəcək yolu seçib”.

“Biz bu yolla strateji səbirlə, qətiyyətlə, sonsuz sədaqətlə və hər şeydən öncə xalqımıza olan dərin sevgi ilə irəliləyirik”, – deyə Rodriqes vurğulayıb.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 2019-cu ildə kəsilib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Britaniya hərbi kontingentin Ukraynaya göndərilməsinə hazırlıq üçün 200 milyon funt sterlinq xərcləyəcək

Next

Türkiyədə daha bir neçə tanınmış şəxs narkotikə görə saxlanılıb

Copyright 2026— Praqraf.com. All rights reserved