19 Sen 2026, Şb

Papoyan Azərbaycanla sülh prosesinin ilk iqtisadi nəticələri barədə danışıb

PAYLAŞIN:

Azərbaycanla sülh prosesinin ilk iqtisadi nəticələri artıq hiss olunur, ilin sonuna qədər Ermənistan təxminən 16 milyard dram (təqribən 2,6 milyon ABŞ dolları) qənaət edəcək.

Paraqraf.com-un məlumatına görə, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistanın İctimai Televiziyasının efirində bəyan edib.

O vurğulayıb ki, Azərbaycan benzininin idxalı birdəfəlik təşəbbüs deyil: “Bu, uzunmüddətli və dayanıqlı prosesdir”.

Yanacağın Gürcüstan ərazisindən tranziti barədə danışan Papoyan qeyd edib ki, Tbilisi münasib və aşağı tarif təklif edib, buna görə də yanacaq qiymətlərinin artımı gözlənilmir.

Xatırladaq ki, 9 yanvar tarixində Azərbaycan Ermənistana ikinci neft məhsulları partiyasını göndərib.

Paraqraf.com 

Loading