19 Sen 2026, Şb

Erlinq Holann ölkəsində ilin ən yaxşı futbolçusu seçilib

PAYLAŞIN:

“Mançester Siti”nin hücumçusu Erlinq Holann 2025-ci ilin yekunlarına əsasən Norveçdə ilin ən yaxşı futbolçusu seçilib.

Paraqraf.com-un məlumatına görə, 25 yaşlı futbolçu bu mükafatı ardıcıl 6-cı dəfə qazanıb.

Bu ada layiq görülən sonuncu fərqli oyunçu 2019-cu ildə Martin Edeqor olub.

Qeyd edək ki, E.Holann “Mançester Siti”nin heyətində meydana çıxdığı 49 matçda 42 qola, 8 məhsuldar ötürməyə imza atıb. Hücumçu Norveç millisinin heyətində iştirak etdiyi 10 matçda isə 17 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Paraqraf.com 

Loading