Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Atletiko”nun yarımmüdafiəçisi yenidən İngiltərə çempionatında çıxış edə bilər
İDMAN

“Atletiko”nun yarımmüdafiəçisi yenidən İngiltərə çempionatında çıxış edə bilər

10 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Konor Qallaher yenidən İngiltərə çempionatında çıxış edə bilər.

Paraqraf.com-un İngiltərə mətbuatına istinadən məlumatına görə, “Aston Villa” 25 yaşlı futbolçunu satın alma hüququ ilə icarəyə götürmək niyyətindədir.

Bildirilir ki, İngiltərə millisinin üzvünün transferində Birmingem təmsilçisinin baş məşqçisi Unay Emeri şəxsən maraqlıdır. Futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan K.Qallaher 2024-cü ildən La Liqa təmsilçisinin formasını geyinir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 27 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı onun dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakayoko karyerasını “Mets”də davam etdirməyə yaxındır

Next

“Sumqayıt” klubu NTD-nin basketbolçusunu transfer edib

Copyright 2026— Praqraf.com. All rights reserved