Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İsveçrədən Bakı və İrəvana çağırış
SİYASƏT

İsveçrədən Bakı və İrəvana çağırış

09 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

İsveçrə Azərbaycan və Ermənistanı Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi ilə bağlı səyləri davam etdirməyə çağırır.

Bu barədə Paraqraf.com-a İsveçrə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Eyni zamanda, XİN-dən 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammitinin iki Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin normallaşdırılması baxımından əhəmiyyəti qeyd edilib.

“İsveçrə Ermənistan və Azərbaycan arasında münasibətlərdə müşahidə edilən sonuncu əhəmiyyətli müsbət hadisələri, o cümlədən 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilmiş birgə bəyannaməni alqışlayır. İsveçrə hər iki tərəfi razılaşdırılmış tədbirləri tam həyata keçirməyə, xalqlarına və bütün regiona fayda verəcək dayanıqlı sülhə nail olmaqla bağlı səyləri davam etdirməyə çağırır”, – qurumdan bildirilib.

İsveçrənin 2026-cı ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi dövründə prioritetlərindən bəhs edərkən bildirilib ki, Bern təhlükəsizlik məsələləri üzrə inklüziv dialoqun təşviqinə və bütün iştirakçı dövlətlərlə sıx əməkdaşlığa kömək etmək istəyir. Eyni zamanda, 57 üzv ölkənin hər biri üçün məqbul olan, konsensusa əsaslanan qərarları irəlilətmək niyyətindədir.

“Bu iş müxtəlif səviyyələrdə aparıla və İsveçrə sədrliyinin prioritetləri ilə müəyyən edilə bilər. Bundan əlavə, bir sıra beynəlxalq konfransların keçirilməsi vacib məsələlərin müzakirəsinə imkan verəcək. İsveçrə ATƏT alətlərinin regiondan asılı olmayaraq sorğu əsasında iştirakçı dövlətlərə təqdim olunmasını təmin etməyə çalışır”, – qurumdan bildirilib.

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə xarici işlər naziri İnyatsio Kassisin Cənubi Qafqaz ölkələrinə mümkün səfəri ilə bağlı sualın cavabında bildirib ki, o, ATƏT-ə üzv olan bir sıra dövlətlərə səfər edəcək. Lakin dəqiq vaxt qrafiki açıqlanmayıb.

“Səfər barədə planlar hələ ki rəsmi olaraq elan edilməyib. Buna görə də bu mərhələdə konkret səfərlər və ya gündəliklər barədə əlavə məlumat verilə bilməz”, – XİN-dən bəyan edilib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ukrayna səfiri Azərbaycan XİN nümayəndəsi ilə Bakı-Kiyev tərəfdaşlığını müzakirə edib

Next

Aİ İranı nümayişçilərə qarşı zorakılıqdan çəkinməyə çağırıb

Copyright 2026— Praqraf.com. All rights reserved