Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/ING Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu azaldıb
İQTİSADİYYAT

ING Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu azaldıb

09 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda 2026-cı ildə orta illik inflyasiyanın 5,3 %, 2027-ci ildə isə 8,9 % olacağını proqnozlaşdırır.

Paraqraf.com ING-nin yenilənmiş məlumatlarına istinadən xəbər verir ki, əvvəlki proqnozla müqayisədə cari il üçün gözləntilər 0,4 faiz bəndi azalıb, 2027-ci il üçün proqnoz isə dəyişməz qalıb.

ING-nin məlumatlarına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,6 % təşkil edib.

Bank analitikləri 2026-cı ilin I rübündə orta illik inflyasiyanın 5,2 % (əvvəlki 5,7 %), II rübdə 5,4 % (əvvəlki 5,9 %), III rübdə 5,3 % (əvvəlki 5,7 %) və IV rübdə 5,5 % (əvvəlki 5,7 %) səviyyəsində olacağını gözləyirlər.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,4 %, 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % olacaq. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin oktyabr ayı) əsasən, 2025-ci ildə illik inflyasiya 6 %, 2026-cı ildə isə təxminən 5,7 % olacaq.

BMT öz növbəsində Azərbaycanda inflyasiyanın bu il 3,6 %, gələn il isə 3,1 % olacağını proqnozlaşdırır. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % olacağını gözləyir.

Asiya İnkişaf Bankı Azərbaycanda orta illik inflyasiyanın 2025-ci ildə 4,2 %, 2026-cı ildə isə 3,5 % olacağını proqnozlaşdırır.

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın cari və növbəti ildə müvafiq olaraq 4 % və 3 %, “Fitch Ratings” 2025-ci ildə 5,3 %, 2026-cı ildə 4,6 %, “Fitch Solutions” isə 2025-ci ildə 5,7 %, 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % olacağını proqnozlaşdırır.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar-noyabr aylarında isə 5,7 % təşkil edib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ Nigeriyaya yenidən zərbələr endirə bilər

Next

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

Copyright 2026— Praqraf.com. All rights reserved