19 Sen 2026, Şb

“Turan Tovuz”un yoxlama oyunlarındakı rəqiblərindən ikisi bəlli olub

PAYLAŞIN:

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz” komandasının yoxlama oyunlarındakı rəqiblərindən ikisi bəlli olub.

Klubdan Paraqraf.com-a verilən məlumata görə, qərb təmsilçisi yanvarın 10-da Rumıniyanın “Hermanştadt” kollektivi ilə üz-üzə gələcək.

“Turan Tovuz” növbəti görüşünü yanvarın 17-də Polşa təmsilçisi “Poqon”a qarşı keçirəcək.

Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.

Paraqraf.com

Loading