Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Əmrah Həsənli: Möhtərəm Prezidentimizin Azərbaycan dili ilə bağlı mövqeyi milli məsuliyyət çağırışıdır!
MANŞET

Əmrah Həsənli: Möhtərəm Prezidentimizin Azərbaycan dili ilə bağlı mövqeyi milli məsuliyyət çağırışıdır!

06 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər təsadüfi deyil və bu çağırışlar sadəcə mədəni mövqe yox, milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilməlidir. Prezident açıq şəkildə vurğuladı ki, Azərbaycan dili milli kimliyimizin əsas dayağıdır və bu dili qorumaq təkcə dövlətin deyil, hər bir azərbaycanlının borcudur.

Bu gün biz böyük xalqıq, zəngin tarixə və mədəniyyətə malik bir millətik. Böyük xalqın isə böyük məsuliyyəti olur. Prezidentin də xüsusi olaraq qeyd etdiyi kimi, xaricdə yaşayan azərbaycanlıların ana dilimizi məişət səviyyəsində deyil, mükəmməl səviyyədə bilməsi vacibdir. Bu məqsədlə dünyanın müxtəlif ölkələrində Azərbaycan məktəblərinin, onlayn tədris platformalarının yaradılması ideyası son dərəcə strateji və uzaqgörən yanaşmadır.

Dilin qorunması yalnız dərslik və ya qanunla mümkün deyil. Dil ailədə başlayır, məktəbdə möhkəmlənir, cəmiyyətdə isə yaşadılır. Əgər biz evdə övladımızla yad sözlərin qarışdığı, yarımçıq və deformasiyaya uğramış bir dildə danışırıqsa, sabah məktəbdən və ya dövlətdən mükəmməl dil gözləməyə haqqımız yoxdur.

Xarici dilləri bilmək əlbəttə ki, müasir dünyanın tələbidir və bu, böyük üstünlükdür. Lakin Prezidentin də haqlı olaraq qeyd etdiyi kimi, xarici dilləri bilmək başqa, ana dili yad sözlərin istilasına vermək başqa məsələdir. Hər gün sosial mediada, reklam lövhələrində, televiziya proqramlarında və hətta rəsmi çıxışlarda Azərbaycan dilinin imkanları ola-ola xarici kəlmələrdən istifadə edilməsi dilimizin ruhunu zəiflədir. Bu proses səssiz gedir, amma milli kimliyimizi damcı-damcı sarsıdır.

Bu baxımdan Prezidentin söylədikləri hər bir vətəndaş üçün ciddi xəbərdarlıq olmalıdır. Dilimizi qorumaq radikal yanaşma deyil, milli şüurun göstəricisidir. Azərbaycan dilində səlis, düzgün və zəngin danışmaq utanc yox, qürur mənbəyi olmalıdır. Xüsusilə müəllimlər, jurnalistlər, ictimai xadimlər və valideynlər bu məsələdə daha böyük məsuliyyət daşıyır.

Bu gün dilimizi qorumasaq, sabah kimliyimizi qorumaqda çətinlik çəkəcəyik. Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil — tariximizdir, yaddaşımızdır, gələcəyimizdir. Prezidentin bu çağırışı bizi yenidən düşünməyə vadar etməlidir: biz dilimizə necə yanaşırıq və onu gələcək nəsillərə hansı formada ötürürük?

Azərbaycan dilinin qorunması tək dövlətin yox, hər bir Azərbaycan vətəndaşının borcudur. Bu borcu yerinə yetirmək isə hər gün danışdığımız dildən başlayır.

Əmrah Həsənli- TİHA-sədri, təhsil eksperti

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabah 17 dərəcə isti olacaq – PROQNOZ

Next

QHT Agentliyinin Müşahidə Şurasının sədri seçilib, İdarə Heyətinin sədri və müavinləri müəyyənləşib

Copyright 2026— Praqraf.com. All rights reserved