19 Sen 2026, Şb

Dekabrda Azərbaycandan çıxışı qadağan olunan 579 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb

PAYLAŞIN:

Ötən ilin dekabr ayında Azərbaycandan çıxışı qadağan edilən 579 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb.

Bu barədə Paraqraf.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 359 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Ölkəyə girişi qadağan olan 64 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb.

Paraqraf.com 

Loading