Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 6
  • ADB Azərbaycanda BOEM-in enerji şəbəkələrinə inteqrasiyası üzrə layihəyə start verir

ADB Azərbaycanda BOEM-in enerji şəbəkələrinə inteqrasiyası üzrə layihəyə start verir

admin 06 Yanvar 2026 3 minutes read
IMG_3124
PAYLAŞIN:

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan və Tailandı əhatə edən “Ağıllı enerji sistemlərinin və enerji şəbəkələrinə inteqrasiya infrastrukturunun tətbiqinin sürətləndirilməsi (Alt layihə 2)” layihəsini təsdiq edib.

Paraqraf.com ADB-yə istinadən xəbər verir ki, layihənin ümumi büdcəsi 1,5 milyon ABŞ dolları təşkil edir. Layihəni İntellektual Enerji İnnovasiyaları Fondu maliyyələşdirəcək.

Alt layihə Azərbaycan və Tailanda dəstək göstərilməsini nəzərdə tutur və gələcəkdə ADB-nin digər inkişaf etməkdə olan üzv ölkələrinin ehtiyacları və cari məsləhətləşmələr nəzərə alınmaqla genişləndirilə bilər. Bu ölkələrə Qazaxıstan (elektrik mobilliyi və şarj infrastrukturu), Qırğızıstan (data mərkəzləri) və Tailanddır (data mərkəzlərinin dayanıqlı və etibarlı enerji təchizatı) daxildir.

ADB-dən qeyd edilib ki, alt layihə ağıllı enerji sistemlərinə və bərpa olunan enerji mənbələrinin enerji şəbəkələrinə inteqrasiyası infrastrukturuna investisiyalara, həmçinin benefisiar ölkələrdə innovativ və qabaqcıl texnologiyaların, eləcə də rəqəmsal həllərin təşviqinə yönəlib.

Layihə texniki yardım klasterinin bir hissəsi olaraq həyata keçirilir və intellektual şəbəkələr, sektorlararası təmiz enerji komponentləri və BOEM-in inteqrasiyası sahəsində həllərin tətbiqinə yönəlib.

Alt layihənin icrası çərçivəsində tərəfdaşlıq strategiyası (CPS) kontekstində ölkə qiymətləndirmələrinin, sektorial və texnoloji icmalların, həmçinin özəl sektorun inkişafı üzrə diaqnostik tədqiqatların hazırlanması nəzərdə tutulub. Həm suveren, həm də qeyri-suveren təşəbbüslər üçün layihələrin identifikasiyası, ilkin və hərtərəfli texniki-iqtisadi əsaslandırmaların hazırlanması planlaşdırılır. Bundan başqa, texnoloji hazırlıq səviyyəsinin artırılması bilik mübadiləsi və texniki təlim vasitəsilə təmin ediləcək.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları sərmayə qoyub, bu məbləğin 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları özəl sektora yatırılıb. Nəqliyyat (1,5 milyard ABŞ dolları) və enerji sektorları (1,7 milyardABŞ dolları) ən çox maliyyələşdirilən istiqamətlərdir.

Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazırdır.

ADB 1966-cı ildə yaradılıb və mənzil qərargahı Manilada yerləşir. Bank 50-si Asiya-Sakit Okean regionu dövlətləri olmaqla 69 səhmdar ölkəni birləşdirir.

Paraqraf.com

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanda 4 bağlanmış bankın əmlakları hərraca çıxarılır
Next: Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci 26 %-ə yaxın azaldıb

OXŞAR MÖVZULAR

hXPKD2P9b7F5bZXh1l9BPL2U7gUnNQUaaVjt8ZIx_1200

Azərbayсan ət idxalına çəkdiyi xərci 15 %-dən çox artırıb

admin 23 Aprel 2026
Dovlət-Vergi-Xidməti

Dövlət Vergi Xidmətinə müraciətlərin sayı 14 %-ə yaxın azalıb

admin 23 Aprel 2026
hxw9id4tUS1R1gIuyIxtiLdSazVyxzRcSLefr2BT_1200

Azərbaycanın vergi orqanları I rübdə 89 cinayət işi açıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.