Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 5
  • Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama: sosial şəbəkələr, üsyankar davranış və susan uşaqlarla nə etməli?

Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama: sosial şəbəkələr, üsyankar davranış və susan uşaqlarla nə etməli?

admin 05 Yanvar 2026 9 minutes read
img_2109_1
PAYLAŞIN:

Yeniyetməlik — uşaqlıq və yetkinlik arasında baş verən əhəmiyyətli fiziki, psixoloji və sosial inkişaf, eyni zamanda özünü kəşfetmə dövrüdür.
Valideyn və yeniyetmə münasibətlərində hansı tələblərə riayət edilməlidir? Yeniyetmələrin sosial şəbəkədən istifadə qaydaları necə olmalıdır? Hər bir valideynin öz övladına verəcəyi ən vacib tərbiyə bacarıqları hansılardır? Bu və digər suallara Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin klinik uşaq psixoloqu Elnarə Baxışlı aydınlıq gətirir.

– Elnarə xanım, ilk öncə bilmək istərdik ki, yeniyetmələr kimlərə deyilir və onların psixoloji özəllikləri nədən ibarətdir?

– Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid yolunda olan, adətən 10-19 yaşları əhatə edən, fiziki, psixoloji, sosial və intellektual inkişafın sürətləndiyi, şəxsiyyətin formalaşdığı vacib bir mərhələdir. Yeniyetmələr müstəqillik qazanmaq və dünyanı anlamaq üçün yeni məsuliyyətlərlə üzləşməli olurlar. Çünki onlar azyaşlı uşaq olarkən böyüklərin həyat fəaliyyətlərinin ancaq görünən tərəflərini müşahidə edirdilər. Arxa planda baş verənləri onlardan uzaq tutmağa çalışırdıq. Amma zaman gəldikdə pərdənin arxası açılmağa başlayır və həyatın həqiqi tərəflərini tam və ya qismən uşaqlarımız görür.
Bu dövrdə valideynin dəstəyi, müstəqilliyə can atarkən, yanlarında olmaq və sosial şəbəkələrin təsirini diqqətdə saxlamaq çox vacibdir. Fiziki olaraq onların bədəni dəyişir, böyüyür, cinsi yetkinlik əlamətləri üzə çıxmağa başlayır, səs tonu dəyişir, tərləmə artır, adətlər başlayır, hormonal dəyişiklik duyğu və davranışlarda özünü göstərir.
Eyni zamanda, psixoloji olaraq uşaqlarda özünüdərk və tənqidi düşüncələr yaranır. Bu dövrdə emosional mühit dəyişkən olur, tez təsirlənir və ya əksinə laqeydlik görünür. Sosial maraqlar, gözləntilər dəyişə bilər. Uşaqlar bizdən uzaqlaşaraq, özlərinin axtarışında olurlar. Onlarda “Mən kiməm, kimə lazımam?”, “Nə üçün yaşayıram?”, “Məni kim sevir, məni kim dinləyir?” kimi suallar ortaya çıxır.
Bu dövrdə bir şəxsiyyət kimi təsdiq olunmaq, “sən də varsan”, “ağıllısan”, “bizdən birisən” kimi qarşı tərəfdən eşidilməsi istənilən sözlər çox vacib sayılır. Bunu hiss etmədikdə, etiraz, üsyankar davranışları isə, təəssüf ki, böyüklər tərəfindən sərt qəbul edilir.

– Valideyn və yeniyetmə münasibətlərində hansı tələblərə riayət olunmalıdır?

– Hər bir valideyn bilməlidir ki, uşağının böyüməsi ilə o özü də dəyişməlidir. Cəmiyyət içində uşaqlarımız bir çox xoşagəlməzliklərə şahid ola bilərlər. Çətinliklərdən, akademik fəaliyyətlərində, sevgidə və dostluqda yaşana biləcək uğursuzluqlardan heç kim sığortalanmayıb, çünki səhv etmək həyatın tələbidir.
Valideyn olmaq güclü psixoloji, mənəvi və pedaqoji işdir, hətta vəzifədir. Uşaqlar üçün valideynin evdəki emosional halı, əhval-ruhiyyəsi çox önəmlidir. Uşaq bundan qidalanır və güc alır. Çünki bu əhval-ruhiyyə onun üçün bir günəş şüası kimidir.
Valideynlər öz aralarında olan nifaqı uşaqlara hiss etdirməməlidirlər, lakin yanlış doğru olanları da onlara dərk etdirmək lazımdır. Valideynlər nə desə də, nə qədər nəsihətlər etsələr də, uşaqları çox zaman valideynlərin hərəkətlərini təkrarlayırlar.

– Yeniyetmələrin sosial şəbəkədən istifadə qaydaları necə olmalıdır?

– Sözsüz ki, yeniyetmələr üçün vacib olan ehtiyaclar var. Müstəqilliyə hazır olmaq, qidalanmaq, təhsil almaq, istirahət etmək, tibbi yardım almaq, mənəvi inkişaf yollarını və vasitələri seçmək və s. Hər bir yeniyetmə öz hüquqlarını bilməsini, daha yaxşı yaşamağını istəyəcək, akademik maraqları üçün məsləhətlərə ehtiyac duyacaq, cinsi inkişafı ilə bağlı məlumatlar və məsləhətlər axtaracaq.
Sosial şəbəkələrdə bunu təklif edən, öyrədən və yol göstərən sonsuz sayda insanlar olacaq, onlarla bunları müzakirə etmək daha rahat olacaq. Çünki valideyndəki kimi emosional gərginlik hissini verməyəcək, utancaqlıq yaratmayacaq.
Buna nəzarət necə olunmalıdır və ümumiyyətlə müdaxilə etmək nə qədər düzgündür? Burda ən vacib iş bu dövrə hazırlıqlı olmaqdır. Yəni, uşağınızın 16 yaşı varsa və siz əvvəlcədən sağlam səmimiyyətin və güvənin bünövrəsini qoymamısızsa, uşağınızla danışmaq çox çətin olacaq.
6-7 yaşlardan başlayaraq, uşaqlar öz genderliyini dərk etməlidirlər. Bu məsələdə əsas iş tənqid etmədən, xoş niyyətlə, maraqlı görünərək, hörmətlə onların sosial şəbəkədəki fəaliyyətləri və virtual dostları haqqında danışmaq lazımdır.

– Ailədaxili münasibətlər sistemi necə olmalıdır ki, yeniyetmələr şəxsi inkişaf böhranı zərərsiz keçə bilsin?

– Hər bir ailədə fərdlərin özünəməxsus adətlər və şəxsi modellər sistemi var. Vacib olan məsələ təkcə valideynlərin necə biri olması və bu valideynlərin necə bir övlad yetişdirmək istəməsi deyil. Eyni zamanda, vacibdir ki, valideynlər bunun üçün nələr etməyə hazırdırlar və kömək üçün kimlərə, hansı qurumlara müraciət edə bilərlər. İlk vacib bağ burda ata-ana bağıdır. Bu, hər zaman sabit və standart olmur.
Əgər bir valideyn özü sosial psixoloji böhranları aşa bilmirsə, bu, problemin bir tərəfidir. Valideynlərin hər ikisi, yaxud biri özü yeniyetməlik böhranlarını pis keçirdibsə və vaxtında psixoloji dəstəkdən imtina edibsə, onun özünün psixoloji vəziyyəti qənaətbəxş olmayacaq. Təəssüf ki, çox zaman psixoloqa mənasız dəstək kimi yanaşırlar və ən son anda artıq heç bir dərman kömək etməyəndə ona müraciət edirlər.
Digər vacib əlaqə valideyn və uşaq arasındakı bağdır: valideyn nə qədər uşaq üçün əlçatandır, ünsiyyətləri hansı formada davam edir, mənəvi-emosional mübadilə nə qədər sıxdır. Ailədə iki və daha çox uşaq varsa, onlar arasında münasibətlər, valideynlərin öz bacı-qardaşları ilə ünsiyyətləri önəmlidir.
Bunları nəzərə alaraq, ailə birliyi amilinə diqqət yetirilməlidir və ailənin hər bir fərdi sevildiyini hiss etməlidir. Eyni zamanda, öhdəliyi yerinə yetirmək həm özünə, həm ətrafa hörmət əlaməti olmalı, edilən səhvlərin ailədaxilində müzakirəsi aparılmalıdır. Bundan başaq, ailə üzvlərinin özünəməxsus hobbi, maraq və zövqləri təhqir obyekti olmamalı, uşaqların həyatına daxil olan yeni dost və sevimli obrazların seçimi kəskin tənqid edilməməlidir.

– Hər bir valideynin öz övladına verəcəyi ən vacib tərbiyə bacarıqları hansılardır?

– Yeni bilik, bacarıq və məlumatlar gərəklidir. Valideynin ilk işi özünün nümunəsidir. “Mən etdim – sən etmə, “Mən edirəm, çünki asılılığım var”, “Siqareti ata bilmirəm – sən başlama” kimi cümlələri deməklə problem həll olunmur.
Valideynlər səmərəli və əyləncəli məşğuliyyətlər haqda maraqlanmalı, bunları böyük həvəslə evdə tətbiq etməlidirlər. Hətta uşaq başlanğıcda qatılmaq istəməsə də, müşahidəçi kimi qala bilər. Heç kim ideal deyil, eləcə də valideynlər. Lakin bu düşüncə heç kimə haqq vermir ki, öz üzərində işləməsin və səhvlərini təkrarlasın. Dəyişilmək, başqa biri olmaq, güzəşt etmək heç də zəiflik demək deyil. Əlbəttə ki, müəyyən yaşa qədər insan orqanizmi böyüyür və onunla birgə bizim psixologiyamız da inkişaf edir. Amma müəyyən yaşdan sonra bədən böyümür, lakin psixologiyamız davamlı inkişaf ehtiyaclı olaraq qalır.

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: 1948-ci il 4 yanvar – Burmanın (indiki Myanmar) müstəqillik günü
Next: Alfred Dreyfus işi: Fransada ədalət və antisemitizm problemi

OXŞAR MÖVZULAR

6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026
17045b47-6174-3cb7-b9d5-2beef65c2369_1200

Hakim: Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.