19 Sen 2026, Şb

“Karvan-Yevlax” futbolçusu ilə yollarını ayıracaq

PAYLAŞIN:

“Karvan-Yevlax” klubu qış fasiləsində futbolçusu Nika Çaçaşvili ilə yollarını ayıracaq.

Paraqraf.com-un əldə etdiyi məlumata görə, Yevlax təmsilçisi 21 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verəcək.

O, “Karvan-Yevlax”ın heyətinə ötən ilin yanvarında, komanda hələ I Liqada çıxış edərkən qoşulub.

Qeyd edək ki, Nika Çaçaşvili “Karvan-Yevlax”dan öncə İspaniyanın “Plasensia” klubunun şərəfini qoruyub.
Paraqraf.com

Loading