Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/“Azexport” Kaliforniyadan sifariş alıb
İQTİSADİYYAT

“Azexport” Kaliforniyadan sifariş alıb

05 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı 2026-cı il üçün ilk ixrac sifarişini Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatından qəbul edib.

Paraqraf.com bu barədə Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, portalın rəhbəri Ayxan Qədəşov və Kaliforniyada yerləşən ticarət şəbəkəsinin rəhbəri Aleks Alşvenq arasında keçirilən onlayn təqdimat və müzakirələr nəticəsində bu barədə razılıq əldə edilib.

A.Qədəşov bildirib ki, sifarişlər əsasən Azərbaycanda istehsal edilən emal olunmuş məhsulları, şirniyyat və qənnadı məmulatlarını, eləcə də bəzi milli kulinariya məhsullarını əhatə edir. Hazırda qəbul olunmuş sifarişlər üzrə beynəlxalq sertifikatlaşdırma, ABŞ tələblərinə uyğun etiketləmə, logistika və gömrük prosedurlarının təşkili istiqamətində zəruri işlər həyata keçirilir. Bu proseslərin məqsədi Azərbaycan məhsullarının Kaliforniya bazarına sistemli və davamlı çıxışını daha da möhkəmləndirməkdir.

“Azexport” yerli istehsalçıların məhsullarının beynəlxalq alıcılara təqdim olunması, eləcə də onlayn platformalar vasitəsilə rəqəmsal reklam və marketinq kampaniyalarının həyata keçirilməsi üzrə fəaliyyət göstərir. Portalda qeydiyyat və təqdim olunan xidmətlər istehsalçılar üçün ödənişsizdir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalına çəkdiyi xərci 16 %-ə yaxın azaldıb

Next

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 % azaldıb

Copyright 2026— Praqraf.com. All rights reserved