Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda cərimələrdən büdcəyə daxilolmaların 12 % azalacağı gözlənilir
İQTİSADİYYAT

Azərbaycanda cərimələrdən büdcəyə daxilolmaların 12 % azalacağı gözlənilir

05 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Bu il Azərbaycanda yığımlar və inzibati xətalara görə tətbiq edilmiş cərimələrdən dövlət büdcəsinə 149,1 milyon manat vəsait daxil olması gözlənilir.

Paraqraf.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən illə müqayisədə 12% azdır.

Halbuki İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən 2026-cı ildən bəzi cərimələr artırılıb və ya yeni cərimələr müəyyənləşib.

Məsələn, vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulmasına görə fiziki şəxslər 300 manat (əvvəlki cərimə 50 manat idi) məbləğində, hüquqi şəxslər 1 000 manat (100 manat) məbləğində cərimə ediləcək.

Maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə görə yeni cərimə müəyyənləşib – fiziki şəxslər 300manat məbləğində, hüquqi şəxslər 1 000manat məbləğində cərimə ediləcək.

Motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə edənlər 40manat məbləğində cərimə ediləcək.

Binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına dair öhdəliklərin yerinə yetirilməməsinə görə də cərimə müəyyənləşib – fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1 500 manatadək, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək məbləğdə. Pasportlaşdırma artıq yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburidir, istismarda olan binalara isə şamil olunmur.

Bundan başqa, əkin yerinin yandırılmasına görə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə yeni cərimələr, inzibati həbs müəyyənləşib, mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə isə cərimələr sərtləşdirilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda əməyin ödənişi xərcləri 5 %-dən çox artırılıb

Next

Qarabağ və Şərqi Zəngəzurda ötən il rabitə infrastrukturu ilə bağlı görülmüş işlər açıqlanıb

Copyright 2026— Praqraf.com. All rights reserved