Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/ABŞ Prezidenti: Venesuelada hərbi əməliyyatımız zamanı çoxlu Kuba vətəndaşı öldü
DÜNYA

ABŞ Prezidenti: Venesuelada hərbi əməliyyatımız zamanı çoxlu Kuba vətəndaşı öldü

05 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuela lideri Nikolas Maduronu qoruyan çoxlu Kuba vətəndaşı Birləşmiş Ştatların Venesueladakı hərbi əməliyyatı zamanı həlak olub.

Paraqraf.com-un məlumatına görə, o, bu açıqlamanı Milad və Yeni il tətillərini Mar-a-Laqodakı iqamətgahında keçirdiyi Vest-Palm-Biçdən Vaşinqtona gedən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən verib.

“Bilirsiniz, dünən (yanvarın 3-də red) çoxlu kubalı öldü. Bu sizə məlumdur. Çoxlu kubalı öldü”, – Tramp bildirib.

O, ABŞ tərəfində itki olmadığını bildirib. “Bizim tərəfdə ölüm olmayıb, amma təəssüf ki, digər tərəfdə çoxlu ölüm olub. Dünən onu qorumağa çalışan çoxlu kubalı öldü”, – ABŞ lideri qeyd edib.

Kuba Prezidenti Migel Dias-Kanel öz növbəsində həlak olan həmvətənlərinin xatirəsini yad edərək bildirib ki, onlar yanvarın 3-də ABŞ-nin hərbçiləri tərəfindən qaçırılan Venesuela Prezidenti Nikolas Maduronu müdafiə edirlər. “Cəsur Kuba döyüşçülərinə şərəf və şöhrət”, – Dias-Kanel sosial mediada yazıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

KİV: İsrail və Suriya Parisdə yeni danışıqlar aparacaq

Next

Tramp Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü güman edir

Copyright 2026— Praqraf.com. All rights reserved