Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Real”ın baş məşqçisi Rodriqo Qoesin gələcəyi ilə bağlı danışıb
İDMAN

“Real”ın baş məşqçisi Rodriqo Qoesin gələcəyi ilə bağlı danışıb

04 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Madrid “Real”ının baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Rodriqo Qoesin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Paraqraf.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, mütəxəssis braziliyalı futbolçunun universallığını və komanda üçün əhəmiyyətini vurğulayıb.

“Rodriqo hücumda çox yönlüdür. O həm cinahlarda, həm də mərkəzdə oynaya bilir. İlin sonuna doğru xeyli irəliləyiş əldə edib, bir neçə, həqiqətən, keyfiyyətli oyun keçirdi və biz onun formasından çox yaxşı təəssürat aldıq.

O bizim üçün digər futbolçular qədər vacibdir, xüsusilə Kilyanın yoxluğunu nəzərə alsaq, hələlik bu müddətin nə qədər davam edəcəyi bəlli deyil. Bizim müxtəlif variantlarımız var və Rodriqo onlardan biri ola bilər”, – deyə Alonso bildirib.

Cari mövsümdə braziliyalı futbolçu “Real”ın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Rodriqonun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 60 milyon avro təşkil edir.
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ramos Parisə qayıda bilər

Next

“Real”ın baş məşqçisi zədələnmiş Mbappenin vəziyyətini şərh edib

Copyright 2026— Praqraf.com. All rights reserved