Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/KİV: “Tesla” elektromobillərin satışında liderliyini itirib
DÜNYA

KİV: “Tesla” elektromobillərin satışında liderliyini itirib

03 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi “Tesla” şirkəti 2025-ci ildə dünyada elektromobillərin satışında liderliyini ilk dəfə Çinin BYD-sinə verib.

un məlumatına görə, bu barədə “Bloomberg” xəbər yayıb.

Məlumata görə, “Tesla”nın elektromobil tədarükləri ardıcıl ikinci ildir azalır; keçən il bu rəqəm təxminən 9 % azalıb. Bu arada, Çin avtomobil istehsalçısı tədarüklərinin ardıcıl beşinci rübdə artdığını qeydə alıb.

Agentlik Amerika şirkətinin problemlərini zavodlarında istehsalın yenidən təşkilini tələb edən “Tesla Y” modelinin yenilənməsi ilə əlaqələndirir. BYD həmçinin Amerikalı rəqibindən daha geniş model çeşidinə malikdir. Bundan əlavə, Çin şirkətinin elektromobillərinin əksəriyyəti “Tesla”nın ən populyar modelləri olan “Model Y” və “Model 3”dən daha ucuzdur.

Agentliyin qiymətləndirməsinə görə, “Tesla”nın fəaliyyətinə Maskın siyasi fəaliyyəti, Respublikaçılar Partiyasına və ABŞ Prezidenti Donald Trampa yaxınlığı və ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinə (DOGE) nəzarəti mənfi təsir göstərib.

“Bloomberg” qeyd edib ki, BYD ABŞ bazarında təmsil olunmur və Çində yüksək rəqabət mühitində fəaliyyət göstərir.
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya Ukraynanın Zaporojye vilayətinə 600-dən çox zərbə endirib

Next

“Şarlotta” “Aston Villa”nın futbolçusu Harvi Elliottla maraqlanır

Copyright 2026— Praqraf.com. All rights reserved