19 Sen 2026, Şb

Hokkey üzrə dünya çempionatında yarımfinal cütlükləri müəyyənləşib

PAYLAŞIN:

ABŞ-də keçirilən hokkey üzrə gənclər arasında dünya çempionatında yarımfinal cütlükləri müəyyənləşib.

Paraqraf.com xəbər verir ki, buna mundialın 1/4 final görüşlərindən sonra aydınlıq gəlib.

Bu raundda İsveç Latviyanı (6:3), Çexiya İsveçrəni (6:2), Finlandiya əlavə vaxtda ABŞ-ni (4:3), Kanada isə Slovakiyanı (7:1) məğlub edib.

Beləliklə, yarımfinalda Kanada – Çexiya və İsveç – Finlandiya görüşləri baş tutacaq.

Qeyd edək ki, hər iki oyun yanvarın 5-də keçiriləcək.
Paraqraf.com

Loading