Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 3
  • Azərbaycan 2026-cı ildə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcək – SİYAHI

Azərbaycan 2026-cı ildə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcək – SİYAHI

admin 03 Yanvar 2026 5 minutes read
IMG_2910
PAYLAŞIN:

Azərbaycan 2026-cı ildə siyasi, iqtisadi, ekoloji və idman sahələrini əhatə edən bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.

Paraqraf.com xəbər verir ki, bu tədbirlər ölkənin beynəlxalq platformalardakı rolunun artdığını və regional mərkəzə çevrildiyini bir daha nümayiş etdirir.

Belə ki, bu il Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Forum 17–22 may tarixlərində təşkil olunacaq və ilk dəfə dövlət və hökumət başçıları səviyyəsində baş tutacaq. Tədbirdə dayanıqlı şəhərsalma, urbanizasiya, ağıllı şəhərlərin qurulması, müasir infrastrukturun inkişafı və iqlim risklərinə davamlı şəhər modelləri əsas müzakirə mövzuları olacaq.

Bakı, həmçinin iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Bu tədbir ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, iqlim dəyişmələri ilə mübarizə, karbon emissiyalarının azaldılması və “yaşıl enerji” layihələrinə diqqətin artırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.

İslam İnkişaf Bankı (IsDB) Qrupu 16–19 iyun tarixlərində Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısınıkeçirəcək. Tədbir çərçivəsində ITFC-nin 22-ci Baş Assambleyası, ICIEC-in 33-cü illik iclası, ICD-nin 26-cı illik iclası və ISFD-nin 19-cu Baş Assambleyası təşkil ediləcək. Görüşlərdə investisiya imkanları, ticarətin genişləndirilməsi və maliyyə əməkdaşlığı əsas müzakirə mövzuları olacaq.

Aprel ayında BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası da Bakıda baş tutacaq.

Həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci illik iclasının Azərbaycanda keçirilməsi planlaşdırılır. Tədbirdə regional iqtisadi əməkdaşlıq, infrastruktur layihələrinin maliyyələşdirilməsi və dayanıqlı inkişaf strategiyaları müzakirə olunacaq.

2026-cı ilin mart ayında XIII Qlobal Bakı Forumu keçiriləcək. Forumda dünyanın müxtəlif ölkələrindən sabiq və fəaliyyət göstərən dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri və tanınmış ekspertlər iştirak edəcək.

Bundan əlavə, dünya ölkələrinin maliyyə kəşfiyyat orqanlarını birləşdirən Eqmont Qrupunun 32-ci plenar iclası da 2026-cı ildə Bakı şəhərində təşkil olunacaq.

Gələn il, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) növbəti Zirvə toplantısı oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılır.

2026-cı ildə Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda regional və qlobal çağırışlar müzakirə ediləcək.

Nazir konqres iştirakçılarını gələn il Bakıda keçiriləcək foruma dəvət edib.

2026-cı il Azərbaycan üçün idman baxımından da xüsusi əhəmiyyət daşıyacaq. Belə ki, Azərbaycan onuncu dəfə “Formula 1” Azərbaycan Qran Prisinə ev sahibliyi edəcək. Bu mərhələ 24–26 sentyabr tarixlərinə planlaşdırılıb.

Eləcə də, Bakıda Cüdo üzrə dünya çempionatı yeddi ildən sonra ikinci dəfə keçiriləcək. Mundial 4–11 oktyabr tarixlərində baş tutacaq və dünyanın ən güclü cüdoçuları bu yarışda mübarizə aparacaq.

Bundan başqa, Azərbaycan qadınlar arasında voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Turnir 21 avqust – 6 sentyabr tarixlərində keçiriləcək, ümumilikdə Avropanın 24 ən güclü komandası iştirak edəcək, onlardan 6-sı oyunlarını məhz Bakıda keçirəcək.

1–10 sentyabr tarixlərində isə Bakıda Sumo üzrə dünya çempionatı təşkil olunacaq.

Eyni zamanda Bakının SportAccord Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcəyi də elan olunacaq.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illik yubileyigeniş şəkildə qeyd olunacaq. Tədbirlər çərçivəsində beynəlxalq elmi konfranslar, akademik forumlar və tematik sərgilərin təşkili nəzərdə tutulur.

Bu tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın qlobal dialoq, iqtisadi əməkdaşlıq, ekoloji təşəbbüslər və beynəlxalq idman platformalarında artan rolunun göstəricisidir. 2026-cı il Azərbaycan üçün beynəlxalq etimadın, inteqrasiyanın və yeni əməkdaşlıq imkanlarının möhkəmləndiyi mühüm bir mərhələ kimi tarixə düşəcək.
Paraqraf.com

Loading

Visited 17 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanın Pakistan iqtisadiyyatına 2 mlrd dollarlıq sərmayə qoyması müzakirə edilib
Next: Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.