Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 2
  • KİV: Bu il Azərbaycan-Ermənistan normallaşma prosesinin irəliyə daşınması hədəflənir

KİV: Bu il Azərbaycan-Ermənistan normallaşma prosesinin irəliyə daşınması hədəflənir

admin 02 Yanvar 2026 4 minutes read
IMG_2864
PAYLAŞIN:

Azərbaycan və Ermənistan arasında sülh sazişinin yekunlaşdırılması, sərhədlərin hüquqi baxımdan dəqiqləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir.

Paraqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin məlumatında qeyd edilir.

Məqalədə vurğulanır ki, 2025-ci il Azərbaycan və Ermənistan arasında təmasların intensivləşdiyi və normallaşma istiqamətində praktik irəliləyişlərin əldə olunduğu bir dövr kimi yadda qalıb.

Bildirilib ki, burada ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin vasitəçiliyi ilə bir araya gələrək birgə bəyannamə imzalaması, iki ölkənin xarici işlər nazirlərinin sülh sazişini paraflanması əsas yer tutur:

“Bununla da tərəflər münaqişəyə son qoymaq və tam normallaşmaya doğru irəliləmək əzmlərini bir daha təsdiqləmiş olublar. İl ərzində qarşılıqlı etimadın artırılmasına yönəlmiş addımlar atılıb. Azərbaycan Ermənistana gedən yüklər üzərindəki məhdudiyyətləri aradan qaldıraraq regional ticarət və nəqliyyat xətlərinin fəaliyyətə başlamasına töhfə verib. Azərbaycan neftinin Ermənistana ixracına başlanması isə iqtisadi münasibətlər baxımından mühüm mərhələ kimi qeydə alınıb”.

Agentlik vurğulayıb ki, normallaşma prosesinin iqtisadi və infrastruktur ölçüsündə “Zəngəzur dəhlizi” kimi də tanınan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi ön plana çıxıb:

“Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirməyi, regional nəqliyyat və ticarət əlaqələrini gücləndirməyi hədəfləyən TRIPP layihəsinin 2026-cı ildə Ermənistan ərazisində tikinti mərhələsinə keçməsi nəzərdə tutulur. Siyasi və diplomatik müstəvidə Qarabağ məsələsini həll etmək məqsədilə yaradılan, lakin illər ərzində heç bir nəticə əldə edə bilməyən ATƏT-in Minsk qrupunun ləğvi normallaşma prosesinin mühüm elementlərindən biri olub. Bu addım artıq “Qarabağ problemi” adlı bir məsələnin qalmadığını, tərəflər arasındakı məsələlərin ikitərəfli formatda və birbaşa danışıqlar yolu ilə həll olunması yanaşmasının qəbul edildiyini ortaya qoyub. İl ərzində tərəflər arasında aparılan təmaslarda sərhədlərin delimitasiyası və nəqliyyat əlaqələrinin açılması mövzusunda danışıqlar davam etdirilib. Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrindən ibarət qruplar isə qarşılıqlı səfərlər həyata keçiriblər”.

Yazıda qeyd edilib ki, Ermənistanda 2026-cı ildə keçirilməsi planlaşdırılan ümumi seçkilər də prosesin mühüm mövzuları sırasında yer alır.

“Seçkilərdən sonra Baş nazir Paşinyanın rəhbərlik etdiyi partiyanın yenidən hakimiyyətə gələcəyi təqdirdə konstitusiya dəyişiklikləri prosesinin başlanması gündəmə gələ bilər. Bu çərçivədə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması məqsədilə referendum prosesinin başlanması sülh sazişinin tamamlanması baxımından kritik addım kimi qiymətləndirilir. 2026-cı ildə normallaşma prosesinin daha irəli mərhələyə daşınması hədəflənir. Sülh sazişinin yekunlaşdırılması, sərhədlərin hüquqi baxımdan dəqiqləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi yaxın dövrün əsas prioritetləri sırasında yer alır. Enerji, nəqliyyat və ticarət sahələrində atılan addımların miqyasının genişləndirilməsi ilə iki ölkə arasında münasibətlərin davamlı sülh əsasında formalaşması məqsəd qoyulub”, – deyə məlumatda bildirilib.

Paraqraf.com

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İlham Əliyev və Mehriban Əliyeva Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı veriblər
Next: Azərbaycanda ötən gün 26 cinayətin açılması təmin olunub

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.