19 Sen 2026, Şb

“Çelsi” və Rumıniya millisinin sabiq futbolçusunda ağır xəstəlik aşkarlanıb

PAYLAŞIN:

“Çelsi”nin və Rumıniya millisinin sabiq futbolçusu Dan Petreskuda ağır xəstəlik aşkarlanıb.

Paraqraf.com  xəbər veir ki, bu barədə ölkənin Peşəkar Futbol Liqasının prezidenti Georqe Yorqulesku bildirib.

Qurum rəhbəri 58 yaşlı mütəxəssisin kimyaterapiya aldığını vurğulayıb.

Qeyd edək ki, D.Petresku futbolçu kimi “Çelsi” ilə yanaşı “Sauthempton” (İngiltərə), “Cenoa” (İtaliya) klublarının formasını geyinib. Məşqçi kimi ölkəsi ilə yanaşı, Çin, Türkiyə və Səudiyyə Ərəbistanı klublarında da çalışıb. Petreskunun son iş yeri ölkəsində “Kluj” komandası olub.

Paraqraf.com

Loading