Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
İDMAN

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

03 Sentyabr 2026
PAYLAŞIN:

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə ölkə çempionatının qalibləri müəyyənləşib.

Bu barədə Paraqraf.com-a AKAF-ın mətbuat xidmətindən məlumat verilib.

İkinci yarış günündə avarçəkənlər 16 dəst medal uğrunda mübarizə aparıblar və qalib gələn idmançılar diplom və medallarla mükafatlandırılıblar.

2010-2011-ci il təvəllüdlü oğlanlar arasında K2 500 metr məsafədə Elmir Tarverdiyev – Mustafa Vəlizadə cütlüyü, K1 500 metr məsafədə Mustafa Vəlizadə, K2 1000 metr məsafədə Tahir Mövsumov – Sənan Cəfərzadə tandemi, C1 500 metr məsafədə Fəxri Sadıqlı, C1 1000 metr məsafədə isə Vaqif Mustafazadə çempion olublar. Həmçinin K2 500 metr mix yarışında Mustafa Vəlizadə – Gülay Cümşüdlü cütü finişə birinci çatıb. Eyni yaş qrupunda qızlar arasında K1 500 metr məsafəyə yürüşdə Darina Xayretdinova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində K1 500 metr məsafədə Əlimurad Hacızadə, C1 500 metr və C1 1000 metr məsafələrdə Hüseyn Səmədli, K1 1000 metr məsafədə İvan Vorobyanski, K2 500 metr məsafədə Tengiz Qaqnidze – Qiyas Əhmədov tandemi, 2×1500 metr məsafədə isə Azər İlyasov – Tunar Məmmədzadə cütlüyü birinci olublar.

2012-2013-cü il təvəllüdlü avarçəkənlər arasında K1 500 metr məsafədə Yunus Əhmədov, K2 500 metr məsafədə Mehdi Mehdizadə – Yunus Əhmədov cütü, 2×1000 metr məsafədə isə Yusif Əliyev – Zahid Əmiraslan cütlüyü bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan çempionatında fərqlənən idmançılar “Mingəçevir Reqatası” beynəlxalq turnirində mübarizə aparacaq komandanın heyətinə cəlb olunacaqlar.

 

Paraqraf.com 

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb

Next

Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb

Copyright 2026— Praqraf.com. All rights reserved