Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Japarov və Kobaxidze iki ölkə arasında əməkdaşlığa dair sazişlər imzalayıblar
DÜNYA

Japarov və Kobaxidze iki ölkə arasında əməkdaşlığa dair sazişlər imzalayıblar

12 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Qırğızıstan Prezidenti Sadır Japarov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi danışıqlar aparıblar.

Paraqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Danışıqların yekunlarına görə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalanıb.

Xüsusilə, iki ölkənin aviasiya qurumları arasında əməkdaşlıq, dövlət əmlakının idarə edilməsi, heyvandarlığın inkişafı sahəsində qarşılıqlı fəaliyyət haqqında sənədlər, həmçinin Qırğızıstan və Gürcüstanın xarici siyasət idarələri arasında 2027-2028-ci illər üçün əməkdaşlıq proqramı və s. imzalanıb.

Bundan əlavə, tərəflər nüvə təhlükəsizliyi, nüvə obyektlərinin fiziki mühafizəsi sahəsində məlumat mübadiləsi və əməkdaşlıq barədə razılığa gəliblər. Eyni zamanda, təhsil sahəsində əməkdaşlıq haqqında memorandum da imzalanıb.

Ticari-iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirilib. O cümlədən, Qırğızıstan və Gürcüstan arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə saziş imzalanıb.

Sənədlər paketinə həmçinin idman sahəsində əməkdaşlıq haqqında saziş və iki ölkənin Ədliyyə nazirlikləri arasında qarşılıqlı fəaliyyət haqqında memorandum daxil edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mehr: Tehran Vaşinqtondan 300 milyard dollarlıq bərpa planı istəyir

Next

Netanyahu: Baş nazir olduğum müddətcə İranın nüvə silahı olmayacaq

Copyright 2026— Praqraf.com. All rights reserved