Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
DÜNYA

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

12 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Amsterdamda (Niderland) idman zallarının birində baş verən partlayış və yanğından sonra axtarış-xilasetmə işləri davam edir.

Paraqraf.com NOS portalına istinadən xəbər verir ki, dağıntılar altında insanlar qalıb.

Lakin onların dəqiq sayı məlum deyil.

Axtarış-xilasetmə işlərinə xidməti itlər və dron cəlb edilib. Yanğın lokallaşdırılıb, lakin onu tam söndürmək mümkün olmayıb.

Qeyd edilib ki, çökmə təhlükəsinə görə binanın kran vasitəsilə sökülməsi qərara alınıb.

Polis nümayəndəsi bildirib ki, işlər daha bir neçə saat çəkə bilər.

“Əməliyyat çox vaxt aparacaq, çünki biz binanı demək olar ki, kərpic-kərpic sökməyə çalışırıq. Proses saat 18:00-a qədər davam edə bilər”, – o qeyd edib.

Partlayış dünən gecə yarısı radələrində baş verib və dağıntılar altından yeddi nəfər yaralı vəziyyətdə çıxarılıb. Polisin məlumatına görə, onlardan ikisi ağır xəsarət alıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub

Next

İndoneziyada gəmidə partlayış olub, 15 nəfər yaralanıb

Copyright 2026— Praqraf.com. All rights reserved