22 Sen 2026, Ça

Naxçıvanın xarici ticarət dövriyyəsi 20 %-dən çox artıb

PAYLAŞIN:

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 58,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə Paraqraf.com-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 20,3 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 5,9 milyon ABŞ dolları ixracın, 52,9 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,3 %, idxal isə 20 % artıb.

Son nəticədə xarici ticarətdə 47 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə 19,6 % çoxdur.

Bundan başqa, 5 ay ərzində muxtar respublikada pərakəndə ticarət dövriyyəsinin dəyəri 1 il əvvələ nisbətən 0,5 % çox – 616,3 milyon manat təşkil edib. Ticarət şəbəkəsində 318 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 298,3 milyon manatlıq qeyri-qida məhsulları satılıb.

 

Paraqraf.com 

Loading