22 Sen 2026, Ça

Bakıda “Qazel”lə motosiklet toqquşub, ölən var

PAYLAŞIN:

Bakıda “Qazel”lə motosiklet toqquşması nəticəsində bir nəfər ölüb.

Paraqraf.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

1985-ci il təvəllüdlü Qurbanov Rafiz İbrahimxəlil oğlu idarə etdiyi “Qazel” markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Məhəmməd Mirzə Arif oğlunun idarə etdiyi “Tufan” markalı motosikletlə toqquşub. Nəticədə sərnişin Məmmədov Nihat Elmar oğlu xəsarət almış, sürücü – Mirzə Məhəmməd aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

 

Paraqraf.com 

Loading