22 Sen 2026, Ça

İndoneziyada vulkan püskürüb, sakinlərə və turistlərə xəbərdarlıq edilib

PAYLAŞIN:

İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanı yenidən aktivləşib – bir sutka ərzində azı dörd püskürmə baş verib.

Paraqraf.com xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, kül vulkanın zirvəsindən 1,2 km yuxarı qalxıb. Yerli sakinlərə və turistlərə kraterdən 5 km radiusda uzaq durmaq barədə xəbərdarlıq edilib.

“Semeru” İndoneziyanın hündürlüyünə görə dördüncü vulkanı və Yava adasının ən yüksək nöqtəsidir.

 

Paraqraf.com 

Loading