22 Sen 2026, Ça

Biləcəridə 50 yaşlı qadının meyiti tapıldı

PAYLAŞIN:

Bakıda evdən qadın meyiti aşkarlanıb.

Paraqraf.com Oxu.az-a istinadən xəbər verir ki, hadisə iyunun 9-da gecə saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Şəhər sakini, 1976-cı il təvəllüdlü Aytəkin Kərimovanın meyiti yaşadığı evdə tapılıb. Hüquq-mühafizə orqanları hadisə yerinə və meyitə baxış keçiriblər. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimala görə, qadın ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading