Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/1 saat 5 dəqiqəyə görə əlavə ödəniş ədalətlidirmi? – Ekspert AzParking qaydalarını şərh etdi
MANŞETÖZƏL

1 saat 5 dəqiqəyə görə əlavə ödəniş ədalətlidirmi? – Ekspert AzParking qaydalarını şərh etdi

10 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Bakıda parklanma qaydaları və tarifləri sürücülər arasında müzakirə mövzusu olaraq qalır. Xüsusilə ödənişlərin tam saat prinsipi ilə hesablanması bəzi hallarda narazılıqlara səbəb olur. Belə ki, sürücü avtomobilini bir saatdan bir neçə dəqiqə artıq saxladıqda növbəti saatın tam ödənişini etməli olur. Mütəxəssislər hesab edirlər ki, bu məsələdə daha çevik yanaşmaların tətbiqi həm vətəndaş məmnuniyyətini artıra, həm də xidmətin daha ədalətli qəbul olunmasına töhfə verə bilər.

Məsələ ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev Paraqraf.com-a bildirib ki, narazılıqlar əsasən ödənişin tam saat prinsipi ilə hesablanmasından qaynaqlanır:

“Həqiqətən də, sürücü avtomobilini 1 saat 1–6 dəqiqə saxladıqda ikinci saatın tam ödənişini etməli olur. Bu isə istifadə olunan vaxtla ödənilən məbləğ arasında ədalətlilik məsələsini gündəmə gətirir.

Digər tərəfdən, parklanma xidmətinin yalnız yol üzərinə xətt çəkilməsindən ibarət olduğunu demək də doğru olmaz. Bu sistemə parklanma yerlərinin təşkili, nişanlanması, rəqəmsal ödəniş platformaları, nəzarət, texniki xidmət və idarəetmə xərcləri daxildir.

Lakin müasir parklanma siyasətində əsas prinsiplərdən biri vətəndaş rahatlığı və ədalətli tarifləndirmədir. Bir çox ölkələrdə ödənişlər dəqiqəlik hesablanır və ya qısa güzəşt müddəti tətbiq edilir.

Əgər məqsəd həm nizam-intizamı qorumaq, həm də vətəndaş məmnuniyyətini təmin etməkdirsə, 1 saat 5–6 dəqiqəlik istifadə üçün tam ikinci saat haqqının tələb olunması əvəzinə dəqiqəlik hesablanma və ya müəyyən güzəşt müddətinin tətbiqi daha ədalətli və balanslı yanaşma olardı. Qaydalar insanlara xidmət etməlidir. Bir neçə dəqiqəlik gecikməyə görə tam bir saatlıq əlavə ödəniş tələb edilməsi isə cəmiyyətdə haqlı narazılıq yaradır”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var

Next

“Uzun illər futbol idarəçiliyində buraxılmış səhvlərin nəticələrini görürük”

Copyright 2026— Praqraf.com. All rights reserved