Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Vens: ABŞ İsrailin etirazlarına baxmayaraq, İranla danışıqları davam etdirəcək
DÜNYA

Vens: ABŞ İsrailin etirazlarına baxmayaraq, İranla danışıqları davam etdirəcək

09 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Vaşinqton İsrailin hansı mövqeni tutmasından asılı olmayaraq, bundan sonra da Tehranla razılaşmanın əldə olunmasına, o cümlədən nüvə proqramı məsələsinin həlli istiqamətində çalışmağa davam etmək niyyətindədir.

Paraqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

“Biz İranın nüvə proqramı probleminin uzunmüddətli həllinə nail olmağa qadirik. İsrail bunu bəyənə də bilər, bəyənməyə də, lakin biz prinsipial olaraq əminik ki, belə bir addım Birləşmiş Ştatların milli maraqlarına uyğundur. Buna görə də biz bu istiqamətdə işi dayandırmayacağıq”, – o qeyd edib.

Vens diqqətə çatdırıb ki, Tehran tərəfindən Vaşinqtonla razılaşma şərtlərinin real şəkildə yerinə yetirilməsi onun nəticəliliyinin əsas göstəricilərindən biri olacaq.

“Hesab edirəm ki, prezidentin [ABŞ-nin, Donald Trampın] nöqteyi-nəzərindən, [razılaşmanın icrasının] verifikasiyası zəruridir. Şübhəsiz ki, sözügedən razılaşmanın uğuru barədə mühakimə yürütməyə imkan verən ən mühüm meyarlardan biri İran tərəfinin kağız üzərində qeyd edəcəkləri deyil, əldə olunmuş razılaşmanın tələblərinə faktiki olaraq əməl etməsidir. Hesab edirəm ki, bu, birinci dərəcəli əhəmiyyət kəsb edir”, – ABŞ Vitse-prezidenti bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Livan parlamentinin sədri İsraillə atəşkəsin tam təmin olunması üçün şərtləri açıqlayıb

Next

Konqoda ebola virusundan ölənlərin sayı 100-ü keçib

Copyright 2026— Praqraf.com. All rights reserved