Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SAĞLAMLIQ/Süni intellekt peyvənd yaratdı, insanlar üzərində sınaqdan keçirdi: Nə baş verdi?
SAĞLAMLIQ

Süni intellekt peyvənd yaratdı, insanlar üzərində sınaqdan keçirdi: Nə baş verdi?

09 İyun 2026 1 Min Read
PAYLAŞIN:
Tədqiqatçılar tərəfindən hazırlanmış universal koronavirus peyvəndi ilk dəfə insan üzərində sınaqdan keçirilib və ilkin nəticələr uğurlu hesab olunub.
Paraqraf.com xəbər verir ki, Kembric Universiteti və Britaniyanın DIOSynVax biotexnologiya şirkətinin birgə hazırladığı vaksin “ScienceDaily”ə istinadən yayılan məlumatda qeyd edildiyi kimi, 39 sağlam könüllü üzərində keçirilən birinci mərhələ klinik sınaqlarda təhlükəsiz olub və ciddi yan təsirlər göstərməyib.
Bu peyvəndin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, tək bir virus ştamına deyil, Sarbeco koronaviruslar qrupuna qarşı geniş qoruma yaratmaq üçün hazırlanıb. Bu qrupa COVID-19-un törədicisi SARS-CoV-2, SARS virusu və gələcəkdə insanlara keçə biləcək bəzi yarasa mənşəli koronaviruslar daxildir.
Məlumata görə, vaksin SARS-CoV-2 və SARS-a qarşı olduğu kimi, hələ insanlara keçməmiş bəzi yarasa viruslarına qarşı da immun cavab formalaşdırıb. Tədqiqatın nəticələri “Journal of Infection” jurnalında dərc olunub.
Araşdırmanın diqqət çəkən tərəflərindən biri də peyvəndin hazırlanmasında süni intellekt və maşın öyrənməsindən istifadə edilməsidir. Bu texnologiyalar immun sistemini geniş spektrli virusları tanımağa öyrədən “süpərantigen” adlı komponentin dizaynına kömək edib. Bu, süni intellektlə hazırlanmış peyvəndin insanlarda ilk uğurlu sınağı kimi qiymətləndirilir.
Heyvanlar üzərində aparılan əvvəlki testlər də güclü immun cavabın formalaşdığını göstərib. Lakin mütəxəssislər bildirirlər ki, preparatın geniş istifadəsi üçün hələ ikinci və daha geniş mərhələli klinik sınaqlar lazımdır.
Böyük Britaniya Milli Səhiyyə Tədqiqatları İnstitutunun elmi direktoru Mariann Nayt nəticələri “əhəmiyyətli irəliləyiş” adlandırıb və süni intellektlə yaradılmış bu yanaşmanın gələcəkdə digər pandemiya risklərinə qarşı da tətbiq oluna biləcəyini bildirib.
Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda ötən il dövlət teatrlarına gələn tamaşaçı sayı yarım milyona yaxın olub

Next

Səyahət zamanı dərmanları necə düzgün qablaşdırmaq olar?

Copyright 2026— Praqraf.com. All rights reserved