22 Sen 2026, Ça

Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub

PAYLAŞIN:

Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.

Paraqraf.com xəbər verir ki, 1973-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Cavanşirli Ehtiram Cavanşir oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Quba-Bakı yolunun Sumqayıt şəhərindən keçən 33-34-cü kilometrliyində hərəkətdə olarkən piyada 1969-cu il təvəllüdlü Məmmədov Arif Hüseynqulu oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

Paraqraf.com 

Loading