Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Rusiya Ukraynanın regionlarına zərbələr endirib, 7 nəfər ölüb, 75 nəfər yaralanıb
DÜNYA

Rusiya Ukraynanın regionlarına zərbələr endirib, 7 nəfər ölüb, 75 nəfər yaralanıb

09 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye, Sumı, Xarkov və Xerson vilayətlərinə hücum edib, nəticədə ümumilikdə 7 nəfər həlak olub, daha 75 nəfər yaralanıb.

Paraqraf.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyalarının rəhbərləri və hüquq-mühafizə orqanları məlumat verib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən verilən məlumata görə, Rusiyanın pilotsuz uçuş aparatı ilə Zaporojyeyə zərbəsi nəticəsində xəsarət alanların sayı 32-yə çatıb, 2 nəfər həlak olub.

Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun sözlərinə görə, ötən sutka ərzində Rusiyanın regionun yaşayış məntəqələrinə hücumları nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin qeyd edib ki, Rusiyanın vilayəti atəşə tutması səbəbindən 1 nəfər həlak olub, daha 13 nəfər xəsarət alıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, ötən sutka ərzində Rusiya qoşunları Xarkova və vilayətin 30 yaşayış məntəqəsinə zərbələr endirib. Hücumlar nəticəsində 3 nəfər ölüb, uşaqlar da daxil olmaqla daha 25 nəfər yaralanıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Gürcüstan və Çin ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətindədir

Next

Tramp: Helikopterimizin Hörmüzdə qəzaya uğraması barədə hesabatı sabah dərc edəcəyik

Copyright 2026— Praqraf.com. All rights reserved