22 Sen 2026, Ça

Masazırda insident yaradan “Gelandewagen” sürücüsü məsuliyyətə cəlb edilib

PAYLAŞIN:

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb.

Bu barədə Paraqraf.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes Gelandewagen”“Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

 

Paraqraf.com 

Loading