Bakıda uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması müzakirə olunub
Milli QHT Forumunun təşkilatçılığı ilə “Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması” mövzusunda ictimai müzakirə keçirilib.
Paraqraf.com-un məlumatına görə, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, hazırda Milli Məclisdə müzakirə olunan İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik uşaqların sosial şəbəkələrinin zərərli təsirlərin qorunmasını ehtiva edir:
“Artıq dünyanın aparıcı ölkələri sosial şəbəkə platformalarının öz daxili qaydaları ilə yanaşı, milli qanunvericiliklə də tənzimlənməsini, xüsusilə uşaqların qorunmasını, onların sosial şəbəkə platformalarına çıxışına yaş məhdudiyyətlərinin tətbiqini nəzərdən keçirir. Azərbaycanda da 16 yaşadək uşaqların sosial şəbəkə platformalarında hesab yaratmasına yol verilməməsi, 16-18 yaş arası uşaqların isə bunu valideyn icazəsi ilə edə bilməsi nəzərdə tutulur. Sosial şəbəkələrə aludəçiliyin hələ formalaşma dövründə olan, yetişən nəsil üzərində yan təsirlərindən hamımız əziyyət çəkirik. Qanunvericilikdə nəzərdə tutulan bu dəyişikliklər məhz cəmiyyətin sosial sifarişidir”.
Paraqraf.com
![]()