22 Sen 2026, Ça

Azərbaycan ötən il xaricdən 234 milyon dollar borc alıb

PAYLAŞIN:

2025-ci il üzrə Azərbaycan üç yeni kredit sazişi üzrə ümumilikdə 233,8 milyon ABŞ dolları ekvivalentində (təsdiq olunduğu günə olan məzənnəyə uyğun, 397,5 milyon manat) xarici dövlət borcalmaları həyata keçirib.

Paraqraf.com xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Bundan başqa, il ərzində “Azərenerji” ASC-yə 173,5 milyon ABŞ dolları (295 milyon manat ekvivalentində) məbləğində dövlət zəmanəti verilib.

 

Paraqraf.com 

Loading