21 Okt 2026, Ç

Tovuzda avtomobil divara çırpılıb, üç nəfər xəsarət alıb

PAYLAŞIN:

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Paraqraf.com-un məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.

Belə ki, sürücü Tural Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtomobil kəndin girişindəki divara çırpılıb.

Hadisə nəticəsində 43 yaşlı Tural Mustafayev, 28 yaşlı Elşən Nəzərov və 50 yaşlı Aynurə Vəliyeva müxtəlif bədən xəsarətləri alıblar.

Onlar təcili tibbi yardım avtomobili vasitəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading