21 Okt 2026, Ç

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 71 %-dən çox artıb

PAYLAŞIN:

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 12 lisenziya verib.

Paraqraf.com-un məlumatına görə, verilmiş lisenziyaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 71,4 %, lisenziyalardan daxilolmaların məbləği isə 1 il əvvələ nisbətən 82,4 % artıb.

Yanvar-mart aylarında Naxçıvanda müvafiq qurumlarının verdiyi 1 206 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 27,5 min manat vəsait daxil olub.

 

Paraqraf.com 

Loading