21 Okt 2026, Ç

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bu gün müəyyənləşəcək

PAYLAŞIN:

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq.

Paraqraf.com xəbər verir ki, ilk olaraq üçüncü yer uğrunda oyun keçiriləcək.

Saat 19:00-da “Aznur” “Sumqayıt”la üz-üzə gələcək.

Final matçı isə saat 20:30-da star götürəcək. Həlledici qarşılaşmada “Zirə” “Birbaşa Bakı” ilə münasibətlərə aydınlıq gətirəcək.

Hər iki görüş Bakı Tennis Akademiyasında reallaşacaq.

 

Paraqraf.com 

Loading