Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda çıxış edib
MƏDƏNİYYƏT

Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda çıxış edib

28 Mart 2026 1 Min Read
PAYLAŞIN:

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən beynəlxalq festivalda çıxış edib.

Paraqraf.com-un məlumatına görə, teatr Samsunda təşkil olunan 8-ci Beynəlxalq Teatr Festivalı çərçivəsində Hüseyn Cavidin “Ana” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.

Quruluşçu rejissoru Mir Qabil Əkbərov, rəssamı isə Səyyad Bayramov olan tamaşada əsas obrazları Xalq artisti Yasəmən Ramazanova, həmçinin gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, İsmayıl Mirzəcanov, Əlizamin Abbasov, Ələsgər Quliyev, Saynur Babayev və Seyfəddin Məmmədli canlandırıblar.

Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsəri əsasında kamança ifaçısı Hüseyn Nağıyev tərəfindən üç fərqli versiyada hazırlanıb.

Festival çərçivəsində uğurla nümayiş olunan tamaşa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda kollektivə müxtəlif hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Zülfüqari: İran ordusu ABŞ bazasına zərbə endirib, bir təyyarə məhv edilib, üçü zədələnib

Next

“Bavariya”nın 18 yaşlı oyunçusu Karl Almaniya millisində debüt edib

Copyright 2026— Praqraf.com. All rights reserved