Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Burhanəddin Duran: Azərbaycanla bir sıra sahələrdə kommunikasiya körpüsü qurmağı hədəf seçmişik
SİYASƏT

Burhanəddin Duran: Azərbaycanla bir sıra sahələrdə kommunikasiya körpüsü qurmağı hədəf seçmişik

28 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Türkiyə qardaş Azərbaycanla bir sıra sahələrdə kommunikasiya körpüsü qurmağı hədəf seçib.

Paraqraf.com xəbər verir ki, bunu Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran “X”dəki hesabında yazıb.

“Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə təşkil edilən Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26″ndə Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində Birgə İşçi Komissiyalarının və Komitələrinin yaradılması ilə bağlı Azərbaycan Respublikası Media İnkişafı Agentliyinin rəhbəri cənab Əhməd İsmayılovla Anlaşma Memorandumu imzaladıq.

Bu addımla, Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında, dost və qardaş ölkə Azərbaycanla rəqəmsal və sosial media, audiovizual media, strateji kommunikasiya və böhran vəziyyətlərində məlumat, təcrübə və texnologiya paylaşımını artırmaqla qurumlarımız arasında daha güclü kommunikasiya körpüsü qurmağı hədəfləyirik.

İnanırıq ki, Türkiyə-Azərbaycan Birgə Media Platforması çərçivəsində Birgə İşçi Komissiyalarının və daimi komitələrin yaradılmasını nəzərdə tutan anlaşma memorandumunun həyata keçirilməsi media və kommunikasiya sahəsindəki əməkdaşlığımızı daha da dərinləşdirəcək. Bunun faydalı olmasını arzulayırıq”, – B.Duran qeyd edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan taekvondoçusu Hüseyn Novruzov “Türkiye Open”də qızıl medal qazanıb

Next

Azərbaycan-Türkiyə Birgə Media Platformasının Birgə İşçi Komissiyası yaradılacaq

Copyright 2026— Praqraf.com. All rights reserved