21 Okt 2026, Ç

Azərbaycanın U-19 millisi Şimali İrlandiya ilə qarşılaşacaq

PAYLAŞIN:

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Paraqraf.com-un məlumatına görə, B Liqasının 6-cı qrupunda yer alan U-19 bu gün Şimali İrlandiya ilə qarşılaşacaq.

Matç Litvanın Kaunas şəhərindəki “Raudondvario” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xatırladaq ki, İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya uduzub – 0:4.

 

Paraqraf.com 

Loading