21 Okt 2026, Ç

Bakıya sərnişin daşıyan avtomobil Masallıda qəzaya uğrayıb, ölən var

PAYLAŞIN:

Astaradan Bakıya sərnişin daşıyan “Mercedes” markalı avtomobil Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qəzaya uğrayıb.

Paraqraf.com-un məlumatına görə, avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb.

Hadisə nəticəsində iki sərnişin isə xəsarət alıb.

 

Paraqraf.com 

Loading