21 Okt 2026, Ç

Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

PAYLAŞIN:

Azərbaycanda martın 26-da cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Bu barədə Paraqraf.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

 

Paraqraf.com 

Loading