21 Okt 2026, Ç

Entoni Robinson yayda “Mançester Yunayted”ə keçə bilər

PAYLAŞIN:

İngiltərənin “Mançester Yunayted” klubu “Fulhem”in futbolçusu Entoni Robinsonu heyətinə qatmaq istəyir.

Paraqraf.com “Football Insider”ə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi yayda “qırmızı şeytanlar”a keçə bilər.

London təmsilçisi ABŞ-dən olan oyunçunu ucuz qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, 2020-ci ildən “Fulhem”də çıxış edən Robinson cari mövsüm 19 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

 

Paraqraf.com 

Loading