21 Okt 2026, Ç

Asiya Kubokunun final mərhələsinin püşkatma mərasimi təxirə salınıb

PAYLAŞIN:

2027-ci ildə təşkil olunacaq Asiya Kubokunun final mərhələsinin püşkatma mərasimi təxirə salınıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyası (AFC) rəsmi açıqlama yayıb.

Tədbirin aprelin 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutması nəzərdə tutulurdu. Lakin təhlükəsizlik səbəbindən püşkatma həmin tarixdə olmayacaq.

Qeyd edək ki, turnirin 7 yanvar – 5 fevral tarixlərində Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılır. Bundan öncə Yaxın Şərqdəki gərginliyə görə Asiya Çempionlar Liqasının matçları da təxirə salınıb.

 

Paraqraf.com 

Loading