21 Okt 2026, Ç

Ağdaşda qadının oğlu tərəfindən öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb

PAYLAŞIN:

Ağdaşda qadının oğlu tərəfindən öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Paraqraf.com-a Ağdaş rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 23-də Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyitinin aşkarlanması barədə rayon ptokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Anaxanım Əbilovanın 1989-cu il təvəllüdlü Rahib Əbilov tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, R.Əbilov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

 

Paraqraf.com 

Loading